image-6666backend

Talibandan şok qərar: Telekanallarda yalnız Quran oxunacaq 

Artıq iki gündür ki,  bütün Əfqanıstan telekanalları Quran oxumağa və ya Taliban hərəkatının fəaliyyəti ilə bağlı xəbər yayımına keçib.

Bu haqda informasiyanı RİA Novosti agentliyi yayıb.Agenliyin iddiasına görə bu qərarı Taliban hərakatı verib.

Mənbə yazır ki, TV proqramlarının yayımı ləğv edilib. Kanallardan yalnız biri sənədli tarixi filmlərin yayımını davam etdirir. 

Daha əvvəl Əfqanıstan kanallarında müxtəlif əyləncə proqramları yayımlanırdı.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki