Əfqanıstanda Taliban administrasiyası daha bir sıra qadağaları, o cümlədən qadınların ictimai yerlərdə eşidilə bilən səslə danışmasını təsdiqləyib. Yeni qaydalar qadınların evdən kənarda üzlərini göstərməsini tamamilə qadağan edir.
Elchi.az xəbər verir ki, Taliban rejimi “əxlaq və fəzilət”lə bağlı yeni qadağalar tətbiq edib.
Qanunun icrasına nəzarət edəcək rəsmi adı Əxlaqın Təbliği və Pisliklərin qarşısının alınması Nazirliyi olan qurum ölkədə heç kimin bu qanunlardan azad olmadığını vurğulayıb.
Taliban administrasiyası Muhtesip adlı əxlaq polisi vasitəsilə ictimai həyatı məhdudlaşdırır.
Yeni qanunla möhtəsiblər əfqanların ictimai yerlərdə necə göründüyünə, nə yeyib-içdiyinə müdaxilə edə biləcək.
Şayəstə Hüseynova