Sumqayıt şəhərində yerləşən zavodlardan birinin həyətində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.