Rusiya ordusu aramsız artilleriya atəşləri altında Qara dənizdə Ukraynanın suveren ərazisi olan İlan adasını tərk edib.
Alp.az xəbər verir ki, bu barədə Ukraynanın Əməliyyat Komandanlığının sosial şəbəkədəki səhifəsində yer alan məlumatda deyilir.
“Gecə saatlarında İlan adasına raket və artilleriya bölmələrimizin atəş zərbələrinin endirilməsi ilə həyata keçirilən hərbi əməliyyatın növbəti mərhələsinin uğurla həyata keçirilməsi nəticəsində düşmən qarnizonun qalıqları iki sürətli qayıqla tələsik şəkildə təxliyyə edilib”- deyə məlumatda bildirilir.