Sankt-Peterburq-Səmərqənd reysini yerinə yetirən və göyərəsində 173 sərnişinin olduğu “Boeing 737” tipli təyyarə stabilizatorun nasazlığı səbəbindən “Vnukovo” hava limanında təcili eniş edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri fövqəladə vəziyyətlər üzrə xidmət qurumlarına istinadən məlumat yayıb.
“Təyyarə stabilizatorun nasazlığı səbəbindən “Vnukovo” hava limanına təcili eniş edib. Eniş ştat rejimində həyata keçirilib”, – mənbə bildirib.
Aviaşirkətin mətbuat xidməti təcili eniş zamanı sərnişinlərin və ekipajın xəsarət almadığını bəyan edib.
Reysin yerinə yetirilməsi üçün ehtiyat təyyarə hazırlanır.
Xavər