image-49backend

Sabah Bayden administrasiyası Ukraynaya son hərbi yardım paketini açıqlayacaq

Ağ Ev yanvarın 9-da Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.

Elchi.az bu barədə “Associated Press”-ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, rəsmi açıqlama ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Almaniyaya səfəri zamanı veriləcək. Bu paket gedən Co Bayden administrasiyası üçün sonuncu olacaq. Mənbələr bunun “əhəmiyyətli” olacağını, lakin ABŞ Konqresinin artıq Ukrayna üçün təsdiq etdiyi dörd milyard dolların hamısını daxil etmək ehtimalı az olduğunu deyir.

Bayden administrasiyası Donald Trampın Ağ Evə qayıtdıqdan sonra Konqres tərəfindən Kiyevə ayırdığı və hələ xərclənməmiş vəsaiti köçürməkdən imtina edə biləcəyindən ehtiyat edərək, son həftələrdə Ukraynaya hərbi yardımın çatdırılmasını sürətləndirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki