image-1099066-183717518backend

Rusiyanın İsveçdəki səfirliyinə avtomobil hücumu

İsveçin paytaxtı Stokholmda bir nəfərin avtomobili ilə Rusiya səfirliyinə hücum etdiyi bildirilib.
Elchi.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda bir nəfərin avtomobili ilə Rusiya səfirliyinə hücum etdiyi bildirilib.
Stokholm Polisindən verilən açıqlamada, 45 yaşlı təcavüzkarın avtomobili ilə Stokholmdakı Rusiya səfirliyinin dəmir darvazasına girməyə çalışdığı bildirilib.
Açıqlamada sözügedən şəxsin nəzarətə alındığı və hücumun məqsədinin araşdırıldığı qeyd edilib.
Rusiyanın Stokholmdakı səfirliyindən verilən yazılı açıqlamada, “İsveçdə yaşayan Ukrayna vətəndaşı yanvarın 28-i səhər saatlarında avtomobili ilə Rusiya səfirliyinin qapısından keçməyə cəhd edib”, – ifadələrdən istifadə edilmişdir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki