Rusiya beynəlxalq məsələlər şurasının baş direktoru Andrey Kortunova görə, Rusiya Ermənistanla Türkiyə arasında yaranmaqda olan əməkdaşlığı praktiki müstəviyə keçirmək üçün tərəflərə Cənubi Qafqazda logistika şəbəkəsinin inkişafı layihələrini təklif edə bilər.
Bu fikri Andrey Kortunov TASS-a bildirib.
Onun qənaətinə görə, bu, yalnız Ermənistan və Türkiyəyə deyil, həm də Ankara ilə fəal ticarət aparan Rusiyanın cənub regionlarına fayda gətirəcək.
Cümə günü Moskvada Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələr arasında görüş keçirilib. Rusiya XİN başçısının müavini Andrey Rudenkonun vasitəçiliyi ilə baş tutan görüşdə Türkiyəni Serdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil ediblər.
“Hər iki tərəf yolun yalnız başlanğıcındadır”, Andrey Kortunov hesab edir.
Ekspertin fikrincə, Rusiya bu danışıqları asanlaşdıran vasitəçi rolunda çıxış edir.
“Moskva üçün də bu vacib məsələdir, çünki Yerevan və Ankara ilə münasibətləri balansda saxlamaq kifayət qədər çətindir, – Kortunov deyib. Rusiya üçün Ermənistanla Türkiyə arasında seçim etmək həmişə çətin olub və belə dialoqun bərpası, görünür, Rusiya diplomatları və siyasətçiləri üçün hansısa başağrısını aradan qaldırır”, – Kortunov qeyd edib.
Bu görüş “Rusiyanın regionda alternativsiz vasitəçi olduğunu nümayiş etdirib və Moskva üçün bu iki ölkə arasında balans tapılmasını asanlaşdırıb”, – o əlavə edib.virtualaz