image-download-71backend

Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azaldı

Ötən il fiziki şəxslərin Rusiyadan Azərbaycana pul köçürmələri 2023-cü illə müqayisədə 17,4 faiz azalaraq 496 milyon 753 min dollar olub.
Mərkəzi Bankdan Elchi.az-a verilən məlumata görə, 2023-cü ildə Azərbaycana Rusiyadan 1 milyard 47 milyon 523 min dollar pul baratları daxil olub.
Bununla belə ölkəyə pul köçürmələrinin ümumi həcmində Rusiyadan daxil olan pul baratlarının xüsusi çəkisi 45,9% olub.
Ötən il fiziki şəxslərin Azərbaycandan Rusiyaya pul köçürmələri 57 milyon 988 min dollara düşüb. 2023-cü illə müqayisədə 2024-cü ildə Azərbaycandan Rusiyaya köçürmələr 16 milyon 196 min dollar azalıb.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki