image-owl_detail_620_848a78886f889fe8088ebcdc524a2fcbbackend

Rusiya Suriyada hərbi bazalarını saxlayacaq

Ərəb respublikasında hakimiyyət dəyişikliyinə baxmayaraq, Rusiya Suriyada hərbi mövcudluğunu, o cümlədən bazalarını qoruyacaq.

Elchi.az bildirir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Mənbələr bildirdilər ki, Moskva Suriyanın yeni hökuməti ilə ölkədə bəzi personal və texnika saxlamağa imkan verəcək razılaşmaya yaxındır”, – agentliyin materialında qeyd edilir.

Xüsusilə, Rusiyanın Suriyadakı keçmiş dövlət başçısı Bəşər Əsədin öldürülməsinə qədər ona məxsus olan hərbi-dəniz və hava bazalarına nəzarəti saxlayacağı güman edilir.

Bundan əvvəl Suriyanın keçid hökumətindəki Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd Həsən əl-Şibani bildirib ki, Rusiya ilə münasibətlərə, o cümlədən hərbi bazaların gələcəyinə yenidən baxılması qərarını ölkə xalqı verəcək. Eyni zamanda, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Moskva böhrandan sonrakı yenidənqurma işlərində Dəməşqə kömək etməyə hazırdır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki