Rusiya Mərkəzi Bankı gözləntilərə uyğun olaraq uçot dərəcəsini dəyişməyərək 21 faiz səviyyəsində saxlayıb.
Elchi.az xəbər verir ki, bankdan verilən açıqlamada inflyasiya təzyiqinin yüksək olaraq davam etdiyi vurğulanıb.
Bəyanatda daxili tələbatın artımının mal və xidmətlərin təklifinin genişlənməsini əhəmiyyətli dərəcədə üstələdiyi, kredit fəaliyyətində soyumanın özünü daha qabarıq şəkildə göstərdiyi vurğulanıb.
Açıqlamada deyilir ki, sərt pul siyasəti və kreditlərdəki soyumanın 2026-cı ilə qədər inflyasiya hədəfinə çatmağı mümkün edəcəyi gözlənilir.
Sıx pul siyasətinin inkişaflar işığında davam etməsi lazım olduğuna diqqət çəkən şərhdə, ” Rusiya Mərkəzi Bankı siyasət faizini yüzdə 21 səviyyəsində sabit saxlamağa qərar verdi.” ifadələrdən istifadə edilmişdir.
Analitiklər də Rusiya Mərkəzi Bankının siyasət faizini dəyişməz saxlayacağını gözləyirdilər.
İnflyasiyanı nəzarət altına almaq mümkün deyil
Rusiya Mərkəzi Bankı Rusiya-Ukrayna müharibəsi başlayandan dərhal sonra siyasət faizini 20 faizə qədər yüksəldib.
Siyasət dərəcəsi 2023-cü ilin sonundan 2024-cü ilin iyul ayının sonuna qədər yüzdə 16 səviyyəsində saxlanıldı və 2024-cü ildə ardıcıl dörd faiz artımı edildi.
Bank sonuncu dəfə 25 oktyabr 2024-cü ildə siyasət faizini 200 baza bəndi artıraraq 21 faizə qaldırdı.
Ölkədə illik inflyasiya 10 faiz civarında olduğu halda, bank bu faizi 4 faizə endirməyi hədəfləyir.
Ekspertlər hesab edir ki, Rusiya hökumətinin müharibə ilə bağlı xərcləri ölkədəki inflyasiyaya mənfi təsir edib.
Nuranə Məmmədova