Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikəcək . Alp.az xəbər verir ki, bunu Rusiya mediasına müsahibəsində Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan deyib.
““Rosatom”un Ermənistanda tikməyi planlaşdırdığı yeni atom elektrik stansiyasının mütəxəssisləri Rusiyada təlim keçəcək. Fəaliyyətdə olan Ermənistan AES-in resursu 2026-cı ilə qədər uzadılıb, bundan sonra ikinci dəfə daha 10 il uzadılacaq. Yeni atom elektrik stansiyanın tikintisi təxminən 10-12 il davam edəcək.” -deyə Martirosyan bildirib.