image-download-25backend

Rusiya Donetskdə Yasenevoye qəsəbəsini ələ keçirib

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Yasenevoye qəsəbəsini ələ keçirdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
Açıqlamada qeyd olunub ki, böhranın əvvəlindən indiyədək 653 təyyarə, 283 helikopter, 43 minə yaxın İHA, 592 hava hücumundan müdafiə raket sistemi, 21 min 287 tank və zirehli texnika, 1514 reaktiv yaylım atəşi sistemi, 21 min 495 haubitsa və minaatan və Ukrayna ordusuna aid 45 min xüsusi təyinatlı texnika məhv edilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki