image-rusya-asker-da1d_coverbackend

Rusiya Donetsk və Xarkovda 2 yaşayış məntəqəsini ələ keçirib

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Novomlinsk qəsəbəsini və Donetsk vilayətində Baranovka qəsəbəsini ələ keçirdiklərini bildirib.
Elchi.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri barədə məlumat verilib.
Rusiya qoşunlarının Ukraynada cəbhədə mövqelərini yaxşılaşdırdığı vurğulanan bəyanatda deyilir: “Qərb və Mərkəzi hərbi qruplar Xarkov vilayətinin Novomlinsk qəsəbəsini və Donetsk Xalq Respublikasının Baranovka qəsəbəsini azad edib”.
Açıqlamada qeyd olunub ki, son 24 saat ərzində Ukraynanın hərbi hava limanı infrastrukturuna, pilotsuz uçuş aparatlarının (PUA) anbar və təlim mərkəzlərinə, 157 bölgədə əsgər və hərbi texnikanın yerləşdirildiyi məntəqələrə hücumlar təşkil edilib.
“Hərbi əməliyyatlar başlayandan indiyədək ABŞ-a məxsus 653 təyyarə, 283 helikopter, 42 463 İHA, 590 hava hücumundan müdafiə raket sistemi, 21 034 tank və zirehli texnika, 1513 reaktiv yaylım atəşi sistemi, 21 276 haubitsa və minaatan, 31 ordunun xüsusi təyinatlı 18 texnikası məhv edilib”.
Açıqlamada qeyd olunub ki, Ukrayna ordusu 2024-cü ilin avqustundan bu yana Kursk istiqamətində təxminən 57 655 əsgər, 334 tank, 244 piyada döyüş maşını, 193 zirehli transportyor və 1744 zirehli texnika itirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki