Dünya Bankı (DB) 2025-2026-cı illərdə qlobal iqtisadi artım tempinin 2,7 faiz olacağını təxmin edir.
Elchi.az xəbər verir ki, bu barədə təşkilatın dünya iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunmuş yanvar hesabatında qeyd olunub.
“2025-2026-cı illərdə qlobal iqtisadi artımın 2,7 faiz səviyyəsində sabit olacağı gözlənilir”, – hesabatda deyilir. Dünya Bankının proqnozlarına görə, 2024-cü ildə qlobal iqtisadi artım tempi 2,7 faiz təşkil edib.
Sənəddə qeyd edildiyi kimi, qlobal artım “inflyasiya hədəfə yaxınlaşdıqca sabitləşir və monetar yumşalma inkişaf etmiş, inkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan iqtisadiyyatların güclənməsinə kömək edir”.
Bununla yanaşı, hesabatda dünya iqtisadiyyatının artım tempinin kifayət qədər aşağı olduğu bildirilir. Qeyd olunur ki, 2,7 faizlik göstərici dünya iqtisadiyyatının epidemiyadan əvvəlki onillikdə 3,1 faiz olan orta artım tempindən aşağıdır.
Yeganə