İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həyatını itirənlərin sayı 50 min 983, yaralıların sayı isə 116 min 274-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqladığı yeni hesabatda son 24 saatda İsrailin hücumları nəticəsində 39 nəfər ölüb, 118 nəfər yaralanıb.
Açıqlamada son hücumlarda 38 nəfərin həyatını itirdiyi, bir nəfərin cansız bədəninin dağıntılar altından çıxarıldığı bildirilib.
Nazirliyin açıqlamasında, İsrailin atəşkəsi pozduğu 18 martdan bu yana həyatını itirənlərin sayının 1613-ə, yaralıların sayının isə 4233-ə yüksəldiyi bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin ümumi sayı 50 min 983 nəfərə, yaralıların sayı isə 116 min 274 nəfərə yüksəlib.
Nuranə Məmmədova