İsrailin 469 gündür hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisinin 46 min 876, yaralı sayının isə 110 min 642-yə yüksəldiyi bildirilib.
Elchi.az Fələstin Səhiyyə Nazirliyinin Qəzzada etdiyi açıqlamada İsrailin Qəzza zolağına 469 gündür hücumları ilə bağlı məlumat verilib.
Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağında fələstinli ailələrə qarşı “4 qırğın” həyata keçirdiyi və bu hücumlarda 88 nəfərin həyatını itirdiyi bildirilib.
Açıqlamada İsrailin son sutkada həyata keçirdiyi hücumlarda 189 fələstinlinin yaralandığı vurğulanıb.
İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 46 min 876, yaralı sayının isə 110 min 642-yə yüksəldiyi bildirilib.
Nuranə Məmmədova