image-42backend

Qəzzada həlak olan jurnalistlərin sayı 220-yə çatıb

Fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi İsrailin hava hücumu nəticəsində Qəzza zolağının şimalında yerləşən Cəbəliya qaçqın düşərgəsində həlak olub.

Elchi.az xəbər verir ki, Qətərin Əl-Cəzirə telekanalı 2023-cü il oktyabrın 7-dən bəri İsrail-Fələstin münaqişəsində həlak olan jurnalistlərin ümumi sayının 220-yə çatdığını bildirib.

Telekanal Qəzzanın Səhiyyə Nazirliyindən verilən açıqlamaya istinadən bildirib ki, Hicazi həftə sonu İsrailin mühasirədə olan əraziyə hücumları nəticəsində həlak olan 90 fələstinli arasındadır.

Fələstin Jurnalistlər Birliyi yanvarın 5-də bildirib ki, İsrail ordusu əvvəlki ay ərzində fələstinli jurnalistlərə qarşı 84 qanun pozuntusu və cinayət törədib. Bu hadisələrin əksəriyyəti Qəzza zolağında baş verib və orada on media işçisi həlak olub.

Təşkilat qeyd edir ki, İsrail tərəfi jurnalistlərə qarşı müxtəlif zorakılıq və təzyiq növləri, o cümlədən hədə-qorxu, silahla birbaşa hədələr, haqsız təqiblər, maliyyə cərimələri və hərəkət məhdudiyyətləri tətbiq etməkdə davam edir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki