image-72903backend

Qətər: “Həmasın Dohadakı siyasi ofisi həmişəlik bağlanmayıb”

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, Həmas-ın Dohadakı siyasi ofisi həmişəlik bağlanmayıb.
Elchi.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Əl-Ənsari də bu gün keçirilən mətbuat konfransında Həmas-ın Qətərdəki ofisinin bağlanacağı ilə bağlı iddialarla bağlı açıqlama verib.
Əl-Ənsari bildirib ki, Həmas-ın Dohadakı siyasi ofisi həmişəlik bağlanmayıb. Həmas ofisinin İsrailin Qəzza hücumlarına qarşı vasitəçilik səylərini asanlaşdırmaq üçün yaradıldığını qeyd edən əl-Ənsari, “Açığını deyim ki, ofisin vasitəçilik prosesinin bir parçası olmaqdan başqa heç bir funksiyası yoxdur” . “Ofisin həmişəlik bağlanması ilə bağlı istənilən qərar birbaşa bizdən eşidəcəyiniz bir qərardır və fərziyyənin bir hissəsi olmamalıdır” – deyib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki