image-rus-sulhmeramlibackend

Qarabağ kimin ərazisidir?- Sülməramlı indi də doğum evi tikir 

Rusiya sülhməramlıları həddini aşır. Bəli bu qıza və konkret belədir. Cəmi bir il ərzində Qarabağda öz bildiyini edən Rusiya sülhməramlı kontingenti indi Qarabağın ermənilər yaşayan hissəsində həkim qəbulları təşkil edir. Rusiyalı həkimlər Qarabağda əhaliyə xidmət göstərmək üçün tibbi personalını Ağdərədə yerləşdirib. Bu haqda informasiyanı elə Rusiya mətbuatı yayıb. Rusiyalı hərbi həkimlər  dağlıq kəndlərə səfər edərək əhaliyə xidmət göstərir. Maraqlıdır ki, sülhməramlılar öz missiyalarından başqa bütün işlərlə məşğuldurlar. Qarabağ Rusiyanın himayəsində olan ərazisi deyil, Qarabağ Azərbaycan torpağıdır. Məncə rusiyalı sülhməramlılar beynəlxalq konvensiyalara görə tikinti-quruculuq işlərində  Azərbaycanla məsləhətləşməlidir. Amma görünən odur ki, Rusiya bunu etmir. Rusiya mətbuatının xəbərinə görə yaxın günlərdə Xocavənddə doğum evinin tikintisinə başlanacaq.

 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki