İranda qadınlara daha bir qadağa tətbiq edilib. Alp.az xəbər verir ki, İranda qadınların motosiklet sürməsi qadağan edilib. Qadağanın qüvvəyə minməsini İran Yol Polisi İdarəsinin rəisi Kamal Hadianfər belə izah edib:”İranda qadınların motosiklet sürməsi qadağandır və qanunu pozanlar cəzalandırılacaq. Qaydalarda motosiklet idarə etmək üçün sürücülük vəsiqəsinin kişilər üçün nəzərdə tutulduğu aydın şəkildə qeyd edilir. Lakin bir daha xəbərdarlıq edirəm bu qaydaları pozan qadınlar sərt şəkildə cəzalandırılacaq.Qadınlara motosiklet sürmək qadağandır, çünki onlara bunun üçün sürücülük vəsiqəsi verilmir. Qanunsuz motosiklet sürən qadınlar mütləq cəzalandırılacaqlar.