image-owl_detail_620_89a6be458e368c952465d93df76b8b85backend

Putin Lukaşenkoya seçkilərdə uğurlar arzulayıb

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıb.

Elchi.az bildirir ki, bu barədə RİA Novosti Kremlə istinadən xəbər verir.

“Rusiya prezidenti həmçinin Aleksandr Lukaşenkoya 2025-ci il yanvarın 26-da keçiriləcək prezident seçkilərində uğurlar arzulayıb”, – deyə məlumatda bildirilir.

Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib. Seçki məntəqələri panik düymələri və videomüşahidə sistemləri ilə təchiz olunub.

Lukaşenko bir müddət əvvəl seçkilərin keçirilməsini “ağcaqanad burnunuzu korlamaz” ifadəsi ilə izah etmişdi. O, namizədlər və seçki komissiyaları üçün müvafiq şəraitin yaradılmasına, seçki məntəqələrinin hazırlanmasına çağırıb. Belarus lideri seçki qutularına diqqət yetirilməsini tələb edib. Onun fikrincə, onları “normal və gözəl” etmək lazımdır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki