Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkiana Rusiya hədiyyələrini təqdim edib.
Elchi.az xəbər verir ki, müvafiq video jurnalist Pavel Zarubinin Teleqram kanalında yayımlanıb.
Sözügedən ölkələrin liderləri arasında aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransından sonra Putin Pezeşkiana qış mənzərəsini əks etdirən rəsm hədiyyə edib. “Cənab prezident, bu, Rusiyanın, sizin səfərinizin xatirəsidir. Rusiya qışda belə görünür”, – Putin bildirib.
Bundan əlavə, dövlət başçısı həmkarına samovar hədiyyə edib. “Yaxşı, bu bizim ənənəvi məhsulumuzdur – samovar” dedi. İyun ayında Putin Şimali Koreya lideri Kim Çen Ina “Arus” markalı avtomobil və çay dəsti hədiyyə edib. Putin də öz növbəsində KXDR rəhbərindən özünəməxsus obrazı olan bir neçə sənət əsəri alıb.
Yeganə