image-portekizde-55-buyuklugunde-deprem-bbydbackend

Portuqaliyada 5,5 bal gücündə zəlzələ baş verib

Bildirilib ki, Portuqaliyanın paytaxtı Lissabonun cənubunda Atlantik okeanında 5,5 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki,Portuqaliya Milli Coğrafiya İnstitutunun verdiyi məlumata görə, yerli vaxtla səhər saat 05.11-də (GMT 07.11) Lissabonun cənubundakı Sines şəhəri sahillərində, 19 kilometr dərinlikdə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
İlkin məlumata görə, Portuqaliyadan başqa İspaniyanın cənubunda və Mərakeşin şimalında hiss edilən zəlzələdə can və mal itkisi olmayıb.
Mütəxəssislər seysmik zonada 1969-cu ildən bəri ən güclü zəlzələnin qeydə alındığı barədə məlumat paylaşıblar.
1 noyabr 1755-ci ildə Lissabonda baş verən zəlzələ və sonrakı sunami nəticəsində yüzlərlə insan həyatını itirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki