Food bioscience: Çay və qəhvənin acıları piylənmə riskini azaldır.
Elchi.az xəbər verir ki, çay, qəhvə və tərəvəzlərdən olan acı polifenollar xüsusi reseptorlarla qarşılıqlı əlaqədə olur, diabet və piylənmə riskini azaldır. Bunu “Food Bioscience” jurnalında dərc olunan araşdırma göstərib.
Bioaktiv polifenol birləşmələri meyvə, tərəvəz, toxum, qəhvə və çay da daxil olmaqla bitki qidalarında olur. Onların güclü acı dadı var və zəif sorulması səbəbindən bədəndən xaric edilməsi uzun müddət (gün ərzində) tələb olunur. Bəzi araşdırmalar onların hüceyrələrin şəkərə həssaslığını artırdığını, diabet riskini azaltdığını göstərib.
Mövcud tədqiqatların yeni icmalında elm adamları göstərdilər ki, onların T2R reseptorları ilə qarşılıqlı əlaqəsi polifenolların antidiyabetik təsirində əsas rol oynayır. Bu, piylənmə və diabet riskini azaldan mədə-bağırsaq hormonlarının istehsalının artmasına səbəb olur.
“Mədə-bağırsaq hormonlarının yemək davranışını tənzimlədiyi və endokrin və sinir sistemləri vasitəsilə qlükoza həssaslığını qoruduğu məlumdur. Ola bilsin ki, polifenolların acılığı T2R-nin aktivləşdirilməsi yolu ilə diabet və onun ağırlaşmaları riskini azaltmağa kömək edir”, – alimlər izah ediblər.
Şayəstə Hüseynova