image-peskovbackend

Peskov Əsədin harada olduğunu açıqlamayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Suriyanın keçmiş prezidenti Bəşər Əsədin harada olması ilə bağlı təfərrüatları açıqlamayıb.

Elchi.az xəbər verir ki, Peskov bildirib ki, Əsədin harada olması ilə bağlı jurnalistlərə deyəcək heç nə yoxdur.

O, həmçinin bildirib ki, Əsəd və ailəsinə siyasi sığınacaq verilməsi barədə qərar Rusiya prezidenti Vladimir Putin tərəfindən verilib. Bir gün əvvəl məlum olub ki, Suriya prezidenti postunu tərk edən Bəşər Əsəd və ailəsi Rusiyaya gəlib və onlara humanitar səbəblərdən sığınacaq verilib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki