Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin Bolu şəhərində baş vermiş faciəvi yanğında həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Elchi.az xəbər verir ki, bu barədə Paşinyan özünün X mikrobloqunda yazıb.
“Bolu dağ-xizək kurortunda baş verən faciə insanı şoka salır. Mən həlak olanların ailələrinə başsağlığı verirəm”, – baş nazir Paşinyan öz postunda qeyd edib.
Xatırladaq ki, yanğın zamanı ölənlərin sayı 76-ya çatıb, 52 nəfərin şəxsiyyəti məlum olub, onlardan 45-nin meyiti yaxınlarına təhvil verilib.
Yeganə