“Ermənistan ölkənin təhlükəsizliyi üçün ciddi təhdidlərlə üzləşib”.
Alp.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının İrəvanda keçirilən iclasında bildirib.
“Regionumuz təəssüf ki, insan tələfatına səbəb olan eskalasiyanın yeni mərhələsinə cəlb olunub. Bütün məsuliyyəti hərbi təxribatları ölkəmizin ərazi bütövlüyünü pozmağa, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində əldə edilmiş üçtərəfli razılaşmaları pozmağa yönəlmiş Azərbaycan daşıyır”, – deyə Paşinyan yenə günahı üzərindən atmağa çalışıb.