image-mqdefaultbackend

Pakistanın ilk yerli müşahidə peyki Çindən kosmosa buraxılıb

Pakistanın ilk yerli müşahidə peyki Electro-Optical (EO-1) Çinin şimalındakı Jiuquan Peyk Başlatma Mərkəzindən kosmosa buraxılıb.
Elchi.az xəbər verir ki, Pakistan mətbuatında çıxan xəbərlərə görə, Pakistan Kosmos və Üst Atmosfer Araşdırma Komissiyası (SUPARCO) tərəfindən hazırlanmış PRSC -EO1 peyki Çindən kosmosa buraxılıb .
SUPARCO-nun verdiyi açıqlamada bu peyklə Pakistanın təbii sərvətləri izləmə və idarə etmə, fəlakətlərə reaksiya vermə, şəhərsalma və kənd təsərrüfatının inkişafı imkanlarının artacağı bildirilib.
Bildirilib ki, peyk elektro-optik sensorlar vasitəsilə əks olunan günəş işığını və ya yayılan radiasiyanı aşkar edib ölçməklə Yer səthindən məlumat və təsvirlər toplayacaq.
Pakistanın baş naziri Şahbaz Şərif mövzu ilə bağlı verdiyi açıqlamada, “SUPARCO-nun liderliyində həyata keçirilən bu araşdırma, ölkəmizin kosmik elm və texnologiya sahəsində artan imkanlarını göstərir” dedi. dedi.
2024-cü ilin may ayında Pakistan-Çin istehsalı olan PakSat-MM1 rabitə peyki internet və rabitə infrastrukturunu yaxşılaşdırmaq üçün kosmosa göndərilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki