Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Co Bayden 2022-ci ildən dolayı əlaqə saxlayırlar.
Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır.
Nəşrin məlumatına görə, söhbət ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan tərəfindən başlayıb. O, Rusiyanın Vaşinqtondakı keçmiş səfiri, Rusiya prezidentinin indiki köməkçisi Yuri Uşakova bir sıra zənglər edib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və Amerikanın Rusiya Federasiyasındakı keçmiş səfiri Uilyam Börns SVR rəhbəri Sergey Narışkin və FSB direktoru Aleksandr Bortnikovla əlaqə saxlayıb.
NYT yazır ki, bu insanlar danışıqlar üçün təsadüfən seçilməyib – onların hər birinin Rusiya lideri ilə əlaqəsi var.
Amerika mətbuatının yazdığına görə, zənglərə səbəb bəzi Avropa yüklərində tapılan partlayıcı maddələr olub. Vaşinqton Moskvanı buna görə məsuliyyət daşıyıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın andiçmə mərasimindən sonra onun Putinlə təmaslarını təşkil etmək üçün hazırlıqlara başlayacağını bildirib.
Yeganə