image-1776608-nato-nun-2027-deki-zirvesi-arnavutluk-ta-duzenlenecek-6772b479e35eabackend

NATO-nun 2027-ci il sammiti Albaniyada keçiriləcək

Albaniyanın baş naziri Edi Rama NATO-nun 2027-ci il sammitinin paytaxt Tiranada keçiriləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Baş nazirlikdə keçirilən il sonu qiymətləndirmə toplantısında mətbuata açıqlama verən Rama bir çox mövzu ilə yanaşı ölkəsinin təşkil edəcəyi zirvə və beynəlxalq görüşlər haqqında açıqlamalar verib.
Albaniyanın “beynəlxalq səviyyədə hörmət edilən və təqdir edilən bir ölkə” olduğunu bildirən Rama, ölkəsinin 2025-ci il mayın 16-da Avropa Siyasi Birliyinin (AST) sammitinə ev sahibliyi edəcəyini xatırladıb.
Rama, “Daha inanılmazı odur ki, 2027-ci ildə Tiranada NATO zirvəsinə ev sahibliyi edəcəyik. Bu barədə NATO ilə işə başlamışıq” – deyib.
Albaniyada keçirilməsi planlaşdırılan NATO sammitində ABŞ prezidentinin də iştirak edəcəyini bildirən Rama, “ABŞ prezidentinin və bütün NATO liderlərinin Tiranaya gəlişi həm də Albaniyanın beynəlxalq arenada yeni siyasi mövqeyi ilə bağlı hər kəsə açıq bir mesajdır. Biz balacayıq “Biz təvazökar çəkiyə malik ölkəyik, lakin bu gün bizə tariximizdə heç vaxt olmadığı qədər hörmətlə yanaşırlar.”

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki