Myanmada nefrit mədənində baş verən sürüşmə nəticəsində ilkin məlumatlara görə 12 nəfər ölüb, onlarla insanla əlaqə saxlamaq mümkün deyil.
Elchi.az xəbər verir ki, yerli media və sakinlərin verdiyi məlumata görə, sürüşmə Kaçin əyalətinin şimalında yerləşən Yanqon şəhərində nefrit mədənində baş verib.
İlkin məlumata görə, sürüşmə nəticəsində 12 nəfər həlak olub, onlarla insan hələ də tapılmayıb.
Yerli sakin Tarling Mg Associated Press-ə (AP) bildirib ki, sürüşmə nəticəsində 4-ü uşaq olmaqla 12 cəsəd tapılıb.
Tarlinq sürüşmə nəticəsində 50-yə yaxın evin zərər gördüyünü bildirib.
Axtarış-xilasetmə əməkdaşları ərazidə çoxlu miqdarda palçığın olduğunu və onların işini çətinləşdirdiyini qeyd ediblər. Zabitlər işləri üçün maşınlara ehtiyac duyduqlarını vurğulayıblar.
Yerli media bölgədə baş verən sürüşmə nəticəsində 30-50 nəfərin itkin düşə biləcəyini yazıb.
Bölgədəki jade mədən ərazilərində ildə bir neçə dəfə sürüşmə baş verdiyi halda, 2020-ci ilin iyul ayında eyni bölgədə baş verən sürüşmə nəticəsində 160-dan çox insan həyatını itirib.
Nuranə Məmmədova