image-0backend

Müdafiə Sənayesi Nazirliyi “İDEF” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək

17-20 avqust 2021-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində “İDEF-2021” Beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək. Sərgi Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. Sərginin təşkilatçısı “Tüyap Tüm Fuarçılık Yapım” şirkətidir. Sərgidə müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edəcək. “İDEF-2021” sərgisində Nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar – snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və.s olmaqla 133 adda məmulat nümayiş etdiriləcək. Sərgi çərçivəsində Mədət Quliyevin Türkiyənin dövlət və hökümət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur. Qeyd edək ki, sərgi may ayında keçirilməsi planlaşdırılsa da dünyada yayılan COVİD-19 pandemiyası ilə bağlı avqust ayına keçirilib.

Anar Şuşalı

hərbi jurnalist

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki