image-dmitri-bulqakov-ordu-generali-rusiyabackend

Müdafiə nazirinin sabiq müavini saxlanılıb

Rusiya Federasiyası müdafiə nazirinin sabiq müavini ordu generalı Dmitri Bulqakov saxlanılıb.

Alp.az məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. Ordu generalı vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunur. Onun artıq istintaq təcridxanasına göndərildiyi də bildirilib.

Məlumatda o da qeyd olunub ki, məsələ ilə bağlı əməliyyat tədbirləri davam etdirilir. Ordu generalı Dmitri Bulqakov Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat baş idarəsinin rəisi olub. 2022-ci ilin sentyabrında başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, 2024-cü ilin aprelində Rusiya müdafiə nazirinin müavini Timur İvanov da korrupsiya ittihamı ilə saxlanılıb.

 

 

 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki