Misirin İctimai Səfərbərlik və Statistika üzrə Mərkəzi Agentliyi ölkə əhalisinin 107 milyon 250 minə çatdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, agentliyin internet saytında dərc olunan məlumatlara görə, Misirin əhalisi son 72 gündə 250 min nəfər artıb.
Bu artımla Misirin daxili əhalisi 107 milyon 250 minə çatıb.
Paytaxt Qahirə ümumi əhalisi 10,4 milyon olan ən sıx şəhərlər siyahısında birinci yerdədir.
İkinci yerdə 9,7 milyon əhali ilə Giza şəhəri, 8,1 milyon nəfərlə Songiye, 7,2 milyon nəfərlə Dekahliye və 7 milyon nəfərlə Buheyra üçüncü yerdədir.
Nuranə Məmmədova