ABŞ prezidenti Donald Tramp Metaya qarşı qaldırdığı senzura iddiasında qalib gəlib. Sosial media nəhəngi Trampa 25 milyon dollar təzminat ödəyəcək.
Elchi.az xəbər verir ki, Tramp Facebook, Instagram və WhatsApp kimi məşhur platformaların yer aldığı Meta-ya qarşı senzuraya məruz qaldığını əsas gətirərək məhkəməyə müraciət edib.
Şirkət razılaşmağı seçdi və Trampa 25 milyon dollar ödəməyə razı oldu. Bu məbləğin: 22 milyon dolları Trampın Prezident Kitabxanası Fonduna, 3 milyon dolları isə vəkil haqqı və digər şikayətçilərin kompensasiyası üçün ayrılıb.
Meta 6 Yanvar 2021-ci il Konqres Basqınından Sonra Trampın Hesablarını Bağladı 6 Yanvar 2021-ci il Konqres Basqınından sonra Trampın Meta daxilindəki sosial media hesabları bağlandı. Tramp təkcə “Meta”ya qarşı deyil, “Twitter” və “Google” kimi digər texnologiya nəhənglərinə qarşı da “mühafizəkar ideyaları ədalətsiz şəkildə boğduqlarını” iddia edərək məhkəməyə müraciət edib.
Tramp ikinci dəfə prezident seçildikdən sonra Meta şirkətinin rəhbəri Mark Zukerberq noyabr ayında Floridada ABŞ prezidenti ilə görüşüb.
Wall Street Journal-ın yazdığına görə, Zukerberq bu səfərlə Trampla münasibətləri düzəltməyə çalışıb.
Meta həmçinin Trampın inauqurasiya komitəsinə 1 milyon dollar bağışlayıb.
Şayəstə Hüseynova