Avstraliyanın məşhur vadisində kanoe sürməyə gedən 60 yaşlı turist müvazinətini itirərək çaya düşüb. Güclü cərəyan onu sürükləyən şəxsin ayağı qayalara ilişib. Başını suyun üstündə saxlamağı bacaran turist 20 saat davam edən xilasetmə əməliyyatından sonra qayalardan çıxarılsa da, ayağını itirib.
Elchi.az xəbər verir ki, Avstraliyanın Tasmaniya əyalətindəki Franklin çayında kanoe ilə üzən 60 yaşlı turist müvazinətini itirərək suya düşüb.
Turist axınında sürüklənərkən ayağı qayalara ilişib.
Bildirilib ki, turistin ayağı qayalara ilişdikdən təxminən bir saat sonra onun smart saatı təcili yardım çağırıb.
Bu xəbərdarlığın ardından bölgəyə xilasetmə qrupları sövq edilərək çətin şəraitlə əlaqədar uzunmüddətli əməliyyat həyata keçirib.
Şayəstə Hüseynova