image-1633953502_sanatci-kibariye-den-kuaforune-4-bin-200-lira-7-14452153_obackend

Məşhur müğənni salona gedib, 800 AZN ödəmədən QAÇDI

Türkiyəli məşhur müğənni Kibariyə getdiyi gözəllik salonlarından birində qalmaqal yaşayıb.

Alp.az xəbər verir ki, buna səbəb müğənninin pul ödəməməsi olub. Belə ki, 4 min 200 TL-yə (800 AZN) saç qaynağı etdirən Kibariyə ustanın haqqını vermədən salondan çıxıb. Saç ustası müğənninin geri dönəcəyini ümid edib gözləsə də, o yanılıb.

Kadıköydə yerləşən gözəllik salonunun sahibi bu barədə Türkiyə KİV-ə məlumat verib. O, Kibariyənin bu hərəkətini qınayıb.

“Kibariye 3 saat davam edən prosesdən sonra aldığı xidmətin qiyməti olan 4200 TL borcunu ödəmədən dükandan qaçdı. Ayıbdır, günahdır”.Unikal.org

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki