image-33backend

Medvedev: “Maskın USAİD-i bağlamaq niyyəti ağıllı addımdır”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, sahibkar və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın Amerika Beynəlxalq İnkişaf Agentliyini (USAID) ləğv etmək niyyəti ağıllı addımdır.

Elchi.az xəbər verir ki, o, X sosial şəbəkəsində fikirlərini bölüşüb.

Medvedev həmçinin ümid etdiyini bildirib ki, “dərin dövlət” Maskın özünü udmaq gücündə olmayacaq.

“USAİD-i susdurmağa çalışan İlon Maskın ağıllı addımı, ümid edək ki, bədnam dərin dövlət onu bütövlükdə udmayacaq”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini yazıb.

Bir gün əvvəl Mask USAID-i cinayətkar təşkilat adlandırıb və onun aradan qaldırılmasının vacibliyini qeyd edib. Onun fikrincə, agentlik bioloji silahların hazırlanmasının maliyyələşdirilməsinə cəlb oluna bilər. Daha sonra bu qurumun ləğvi ilə bağlı açıqlama verib.

“Rossiya 24” telekanalında IMEMO RAS-ın tədqiqatlar üzrə direktor müavini Sergey Kislitsyn bildirib ki, USAİD-in bağlanması Birləşmiş Ştatların hakimiyyət orqanları üçün son dərəcə qeyri-ciddidir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki