Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Ukrayna Ali Radasının prezident Volodimir Zelenskinin legitimliyi ilə bağlı səsverməsi ilə kifayətlənməyib və seçkilərə çağırıb.
Elchi.az xəbər verir ki, müvafiq yazı onun X sosial şəbəkə hesabında dərc olunub.
Xüsusilə, Mask Polşanın hərbi portalı Visegrád 24-də Zelenskinin legitimliyi ilə bağlı Radada səsvermənin fotosunu dərc edən yazısına münasibət bildirib. Məlumata görə, ukraynalı deputatların əksəriyyəti onun səlahiyyətlərini uzadıb. Buna cavab olaraq iş adamı “seçkilərin keçirilməsi”nə imza atıb.
Yeganə