image-27backend

Mask öz departamentinin əsas problemini qeyd etdi

Amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi departamentin ABŞ hökumətinin (DOGE) səmərəliliyinin artırılması üzrə əsas vəzifələrindən biri ölkə prezidenti Donald Trampın bütün fərmanlarının icrasını təmin etməkdir.

Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Mən prezidentə texniki dəstək vermək üçün buradayam”,-deyə Mask bildirib.

“Bu, həqiqətən çox vacibdir. Çünki prezident çox ağlabatan və ölkə üçün faydalı olan sərəncamlar imzalayır. Amma sonra yerinə yetirilmir”,-deyə o qeyd edib.

“Ona görə də DOGE əməkdaşlarının qarşısında duran ən mühüm vəzifələrdən biri prezidentin sərəncamlarının real icrasını təmin etməkdir”, – Mask vurğulayıb.

Yeganə

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki