image-makronbackend

Makron: “Heç kim Putini dayandırmasa…”

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, heç kim Putini dayandırmasa, o, Moldovaya, oradan da Rumıniyaya daxil ola bilər.

Elchi.az xəbər verir ki, bu barədə “La Tribune” yazır.

Fransa prezidenti əmin olduğunu bildirib ki, ABŞ və Ukrayna prezidentləri arasında mübahisədən sonra ABŞ-ın Ukrayna ilə dialoqu bərpa etməkdən başqa yolu yoxdur.

“Amerikalıların açıq-aşkar taleyi ukraynalıların yanında olmaqdır, mən heç şübhə etmirəm. ABŞ-ın son üç il ərzində gördüyü işlər onun diplomatik və hərbi ənənələrinə tam uyğundur, mən amerikalılara başa salmaq istəyirəm ki, Ukraynadan ayrılmaq onların maraqlarına uyğun deyil”, – media Fransa prezidentinin sözlərini sitat gətirib.

Eyni zamanda, Makronun fikrincə, prezidenti Vladimir Putinin rəhbərlik etdiyi Rusiya “Avropa üçün həmişəkindən daha çox ontoloji təhlükə yaradır”.

“Beləliklə, düşmənlə bağlı səhv etməyin. Təhlükəsizliyimiz risk altındadır”, – Makron əlavə edib.

Yeganə

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki