image-mahir-leqiyabackend

Mahir meydana daxil oldu, “Legiya” 1/4 finala yüksəldi 

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu Polşa Kubokunda 1/4 finala yüksəlib.

Alp.az xəbər verir ki, Varşava təmsilçisi 1/8 finalda “Motor”a 2-1 hesabı ilə qalib gəlib.

M.Emreli meydana ikinci hissədə daxil olub. Həmin vaxt “Legiya” 0:1 hesabı ilə geridə olub. Qonaq komanda Lukinyasın 56-cı və Şimon Vlodarçikin 73-cü dəqiqədə vurduğu qollar sayəsində əzmkar qələbə qazanıb.

“Legiya” bu mərhələdə “Arka Qdınya” komandası ilə qarşılaşacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki