Lukaşenko: Belarus Putinin onunla münasibətləri inkişaf etdirmək mövqeyini yüksək qiymətləndirir.
Elchi.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə təbrikində qeyd edib ki, Minsk Moskvanın münasibətlərin inkişafına yönəlmiş mövqeyini yüksək qiymətləndirir. Müvafiq teleqram Belarus liderinin saytında dərc olunub.
Lukaşenko yazıb ki, Putinin Rusiyanın tarixi missiyasını dərindən dərk etməsi və onun rus xalqının və vətəninin taleyi üçün şəxsi məsuliyyəti ölkənin dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsinin etibarlı təminatına çevrilib, Rusiya Federasiyasının sosial-iqtisadi potensialı və beynəlxalq nüfuzu artırılıb.
Lukaşenko həmçinin vurğulayıb ki, ölkəsi Putinin ardıcıl qəti mövqeyini və Minsk və Moskva arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafına prinsipial münasibətini yüksək qiymətləndirir.
Belarus lideri əmin olduğunu bildirib ki, iki ölkə birlikdə yeni üfüqlər aça və müasir çağırışlara cavab verən perspektivli əməkdaşlıq sahələrini müəyyənləşdirə biləcəklər.
Lukaşenko Putinə möhkəm cansağlığı və uzun illər ömür, xoşbəxtlik və Rusiyanın rifahı naminə hökumət fəaliyyətində uğurlar arzulayıb.
Oktyabrın 7-də Vladimir Putinin 71 yaşı tamam oldu.
Şayəstə Hüseynova