ABŞ-ın Los-Anceles şəhəri və ətraflarında günlərdir davam edən yanğınlarda həyatını itirənlərin sayının 16-ya yüksəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, bu barədə şəhərin Məhkəmə Tibbi Ekspertiza İdarəsi məlumat yayıb.
Qurumdan verilən açıqlamada, Palisades və Eaton bölgələrində davam edən yanğınlarda həyatını itirənlərin sayının 16-ya yüksəldiyi qeyd edilib.
Açıqlamada İtondakı yanğında 11 nəfərin, Palisadesdəki yanğında isə 5 nəfərin öldüyü bildirilib.
Nuranə Məmmədova