image-3a59e86d-d93e-3f10-9efa-20c62b869b86_850backend

Latviya Ukraynaya təhvil vermək üçün min dron hazırlayıb

Latviya Ukraynaya təhvil vermək üçün mindən çox dron hazırlayıb. Bunlar müxtəlif növ pilotsuz uçuş aparatı (PUA) olacaqlar.

Elchi.az  Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

“Latviyalı PUA istehsalçıları ilə birlikdə Ukraynanı dəstəkləməyə davam edirik. Müxtəlif növ 1000-dən çox PUA-dan ibarət son partiya hazırlanıb”, – o vurğulayıb.

Müdafiə naziri qeyd edib ki, dron koalisiyasına Latviya və Böyük Britaniya rəhbərlik edir. Onun sözlərinə görə, Latviya 2025-ci ildə koalisiya çərçivəsində PUA-ların alınması üçün əlavə 20 milyon avro ayıracaq.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki