“Türkiyə “Bayraktar TB2″ PUA-larını bir neçə aylıq ölkəmizdəki hərbi bazada yerləşdirsə, Latviya çox şad olardı”.
Alp.Az “Yeni Şafak”a istinadla xəbər verir ki, bunu Antalyada keçirilən Diplomatik Forum üçün Türkiyəyə gələn Latviyanın müdafiə naziri Artis Pabriks deyib.
Latviyanın “Bayraktar TB2” pilotsuz təyyarələrini almağı planlaşdırıb-almaması barədə danışarkən, o, hələlik müqavilənin imzalanmadığını qeyd edib.
“Biz Türkiyədə istehsal olunan bir çox sənaye məhsulları ilə maraqlanırıq. “Bayraktar TB2”-ni öz səmamızda sınaqdan keçirmək istəyirik. Türkiyə bir neçə ay “Bayraktar”ları Latviyada yerləşdirsə, çox şad olarıq. Türkiyə onları üç-altı aya bizim hava bazalarımızda yerləşdirsə, biz onlardan həm sınaq, həm də müşahidə missiyaları üçün istifadə edə bilərik. Bu çox vacibdir. Bu, yaxşı dəstək olardı” – deyə nazir vurğulayıb.
Rüfət