image-14backend

Kreml Türkiyənin BRİKS-ə qoşulmaqda maraqlı olduğunu təsdiqləyib

Kremlin sözçüsü Dmitri Peskov Ankaranın BRİKS-ə qoşulmaqda maraqlı olması ilə bağlı məlumatı təsdiqləyib.

Elchi.az xəbər verir ki, Dmitri Peskov bu gün jurnalistlərlə görüşdə Türkiyənin BRİKS blokuna qoşulmaq niyyəti ilə bağlı suala müsbət cavab verib.

Peskov qeyd edib ki, Türkiyə hakimiyyəti heç vaxt iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirmək planlarını gizlətməyib. Ankara NATO-nun üzvü olaraq qalmaqla dünyada siyasi təsirini ardıcıl olaraq gücləndirməyə və sürətlə inkişaf edən ölkələrlə yeni iqtisadi əlaqələr qurmağa çalışır.

Türkiyə Xarici İşlər Nazirliyi və prezident Ərdoğanın administrasiyası Ankaranın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciəti barədə məlumatı təsdiqləməyib. Lakin daha əvvəl “Bloomberg.com” anonim mənbələrə istinadən belə bir sorğunun edildiyini bildirmişdi.

Yeganə

Mənbə: TASS.ru

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki