image-30backend

Kreml Baydenə görə Ukraynada yeni eskalasiya elan edib

Amerika lideri Co Baydenin hakimiyyətdən gedən administrasiyasının qərarları ilə əlaqədar Ukraynada münaqişədə yeni gərginlik yaranıb.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ukraynada yeni eskalasiya baş verir. Bu, hakimiyyətdən gedən Amerika administrasiyasının tutduğu son dərəcə məsuliyyətsiz mövqedir”, – Kreml nümayəndəsi qeyd edib.

Peskovun sözlərinə görə, Baydenin rəhbərlik etdiyi Ağ Ev münaqişənin sona çatması istiqamətində atılan addımların qarşısını almaqla “oda yanacaq tökməkdə” davam edir. O, həmçinin qeyd edib ki, Vaşinqton Ukraynadan “Rusiya ilə müharibə aparmaq üçün öz aləti” kimi istifadə edir.

Bundan əvvəl “The Times” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketləri ilə Rusiya ərazisinin dərinliklərinə endirilməsinə icazə verib. Bloomberg daha sonra Ukrayna Silahlı Qüvvələrinin noyabrın 20-də ilk dəfə bu silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki