Elm adamları, Yerdən kənarda, uzaq bir planetdə hələ də həyatın ən güclü əlamətlərindən birini aşkar etdiklərini açıqladılar. Lakin ekspertlər vurğulayırlar ki, bu kəşf hələlik “həyat tapılıb” demək deyil.
Elchi.az xəbər verir ki, İngilis alimləri James Webb Kosmik Teleskopu ilə apardıqları müşahidələr zamanı Yerdən 124 işıq ili uzaqda olan K2-18b adlı planetin atmosferində bəzi kimyəvi izlər aşkar ediblər. Bu izlər arasında əsas dimetil sulfid (DMS) və bəlkə də dimetil disulfiddir (DMDS). Bu iki molekul Yerdə yalnız okeanlardakı mikroskopik orqanizmlər tərəfindən istehsal olunur.
Kembric Universitetinin professoru Dr. Nikku Madhusudhanın rəhbərlik etdiyi qrup deyir ki, bu kimyəvi maddələrin mövcudluğu planetdə bioloji aktivliyin ola biləcəyini göstərir.
K2-18b: Yaşanıla bilən Dünyadır?
Araşdırmalara görə, K2-18b tamamilə okeanla örtülmüş səthə və hidrogenlə zəngin atmosferə malik ola bilər. Alimlər belə planetləri “Hycean Earths” adlandırırlar. Planet həm də ulduzundan uzaqlığına görə yaşayış zonasındadır. Başqa sözlə, səthində maye suyun olması ideal temperaturdadır.
“Əvvəllər nəzəri olaraq bu cür planetlərin bol kükürd əsaslı qazlara malik olacağı proqnozlaşdırılırdı. İndi biz onları faktiki olaraq aşkar etdik” Madhusudhan deyib.
Şayəstə Hüseynova